Xəbər lenti

Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu
Ölkə06:43 25.06.2020

Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.
APA-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.
Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.
Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: "İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.