
Bakıda intihar hadisəsi baş verib.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Xat;rladaq ki, analoji hadisə dünən Balakən rayonunda da qeydə alınmışdı. Balakən Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü 2-ci mərtəbədən atmışdı.
Qaynarinfo.az