Xəbər lenti

Daha dörd rayona prokuror təyin edildi (YENİLƏNİB)
Ölkə 14:18 23.07.2025

Daha dörd rayona prokuror təyin edildi (YENİLƏNİB)

Cəlilabada yeni prokuror təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi Məmmədov İlqar Gülənməd oğlu tutduğu vəzifədən azad edilib. Yeni əmrlə o, Cəlilabadın prokuroru təyin edilib.

Kəlbəcərə də yeni prokuror təyin edilib. Baş pokuror Kamran Əliyevin əmrinə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib. (Report)
 
***
 
Neftçalaya yeni prokuror təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Zeynal Zeynalov tutduğu vəzifədən azad edilərək Neftçalaya yeni prokuror təyin edilib.(Report)

***

Şərur rayonuna da prokuror təyin olunub.

Baş Prokuror Kamran Əliyevin əmri ilə Xalid Ağayev ikinci müddətə rayon prokurou vəzifəsinə təyinat alıb.(APA)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->