
Bakıda əks istiqamətə çıxan iki avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Avtosfer.az xəbər verir ki, martın 17-də 10-TH-406 qeydiyyat nişanlı avtobusun sürücüsü Bakının Puşkin küçəsində əks istiqamətə çıxaraq hərəkət etmişdir. Bu azmış kimi, Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində svetoforun qırmızı işığı yanan zaman yolayrıcına daxil olaraq hərəkətinə davam etmişdir.Qaynar.Az