
Qaynar.info saytı xəbər verir ki, bu haqda məlumatı hərbi ekspert Üzeyir Cəfərovun "facebook" səhifəsində yazıb.
Məlumata görə, dünən yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov MN-nin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib. Adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülənlərdəndir. O, MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs idi. Silahlı Qüvvələrin Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıb. Onun yerinə isə general-mayor Altay Mehdiyevin təyin olunduğu bildirilir.
Digər maraqlı xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də verilən məlumata görə tutduğu vəzifədən kənarlaşdırılıb. Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib.
Qaynar.info