Xəbər lenti

Daha iki müəllim maksimum bal topladı - Onları siz də tanıyın - FOTO
Ölkə16:00 20.12.2016

Daha iki müəllim maksimum bal topladı - Onları siz də tanıyın - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daha iki müəllim maksimum bal topladı.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.

Qeyd edək ki, bundan əvvəl daha bir müəllim - Kürdəmir rayonundan coğrafiya müəllimi Xəyalə Veyisova diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərmişdi. 

Qaynarinfo.Az