
“Nida” Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb
***
16:25
N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıblar.
Hərəkatın İdarə Heyətinin digər üzvü, Turqut Qəmbərin BBC Azərbaycancaya verdiyi məlumatına görə hər iki şəxs 14:30 radələrində evlərindən aparılıb.
"Hazırda Üzeyir Nəsimi Rayon Məhkəməsinə aparılır", Turqut Qəmbər deyib. Onda olan məlumata görə fəallar Cinayət Məcəlləsinin 228.3-cü maddəsi əsasında saxlanılıblar.
"Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah ... partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə" beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İş günü olmadığına görə Baş prokurorluqla əlaqə saxlamaq mümkün olmayıb.
Qaynar.info