Xəbər lenti

Daha iki Regional Təhsil İdarəsinə müdir təyin olundu (FOTO)
Ölkə 22:29 29.04.2022

Daha iki Regional Təhsil İdarəsinə müdir təyin olundu (FOTO)

İsmayıllı rayon Təhsil şöbəsinin müdiri olan Rövşən Əliyev Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Qaynarinfo xəbər verir ki, bundan əlavə Qubadlı rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov isə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Qeyd edək ki Lənkəran-Astara Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat yayıb.

Bu vəzifətyə Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdürü Elxan Nəcəfov təyinat alıb.

Həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə də müdir təyin olunub.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Anar Qədiməliyev təyinat alıb.

Regional Gəncə Təhsil idarəsinə Gəncə, Naftalan şəhərləri, o cümlədən Goranboy, Samux, Daşkəsən, Göygöl təhsil şöbələri tabedir.

Qeyd edək ki, A.Qədiməliyev bu təyinatadək Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
 


 



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->