Xəbər lenti

Daha rahat yuxu üçün bunları sınayın
Ölkə07:09 21.05.2016

Daha rahat yuxu üçün bunları sınayın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mütəxəssislər düzgün olmayan qidalanmanın yuxusuzluğu təsir edə biləcəyini söyləyir.

Rahat bir yuxu üçün həkimlərin məsləhət gördüyü bəzi qidalar:

Bitki çayları

Çobanyastığı  və ya pişikotu çayı kimi bitki çayları gecə içdikdə rahat yatmağınızı təmin edəcək. Çaylar sinirləri və əzələləri rahatlaşdıraraq yuxunu asanlaşdırır.

Yavaş həzmli  karbohidratlar

Yulaf və əsmər düyü kimi tam taxıllı qidalar qan şəkərini tarazlığını nizamlayaraq, enerjinin bədənə yavaş yayılmasını təmin edir. Yatarkən də bədəninizin və beyninizin qlükozaya ehtiyacı var. Qlükoza səviyyəsi düşdüyündə adrenalin və kortizol kimi hormonlar azalar, bu da sizi oyandıra bilər.

Balqabaq toxumu

Maqnezium baxımından zəngin olan balqabaq toxumu  bədəninizdəki əzələ liflərini rahatlaşdıraraq rahat yatmağınıza  imkan verir. Həkimlər gündə 2 qaşıq balqabaq toxumu iqəbul edilməsini təklif edir.

Hindqozu suyu

Axşam bir stəkan hindistan qozu suyu rahat bir yuxuya kömək ola bilər. Kalium, kalsium, maqnezium, fosfor və natrium kimi minerallarla zəngin olması baxımından, əzələlərinizi rahatlaşdırır, yuxunuzun pozulmasının qarşısını alır.

Albalı

Albalının tərkibindəki  az miqdarda olan melatonin hormonu yuxunu tənzimləməyə kömək olur, yuxu müddətini artırır.

Maqnezium

Qara buğda, balqabaq toxumu, dəniz məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr maqnezium qaynağıdır. Maqnezium əzələlərimizi rahatlaşdıran təbii bir sakitləşdiricidir. Maqneziumun əskikliyində yuxusuzluq problemi yaradır.(qadinklubu.com)

Qaynarinfo.az