Dünya 10:51 21.05.2022

Daily Mail: Britaniyada homoseksuallara meymun çiçəyi peyvəndi təklif olunacaq

Mütəxəssislərin onlarla yoluxmuş xəstənin tibbi diqqətdən yayınması qorxusundan Britaniya homoseksuallarına meymun çiçəyi peyvəndi təklif oluna bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə DailyMail məlumat yayıb

Bu kateqoriyadan olan britaniyalılar arasında təsdiqlənmiş yoluxma halları heteroseksuallarla müqayisədə qeyri-mütənasib şəkildə yüksək olarsa, homoseksuallar üçün meymun çiçəyi peyvəndi Böyük Britaniyada epidemiyaya qarşı mübarizə çərçivəsində həyata keçiriləcək.

Mayın 20-nə olan məlumata görə, daha 11 britaniyalının meymun çiçəyi testi müsbət çıxıb və bununla da Birləşmiş Krallıqda yoluxma hallarının ümumi sayı 20-yə çatıb.

Böyük Britaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik əsasən yüngül formada keçir və artıq peyvəndlərin əlavə dozaları alınıb. Nazirlik, həmçinin vurğulayıb ki, əvvəlki təsdiqlənmiş doqquz hadisədən altısı kişilərlə cinsi əlaqədə olan kişilərdə qeydə alınıb ki, bu da rəsmilərin fikrincə, "virusun cinsi əlaqə yolu ilə yayılmasını göstərir”.
 
Alpər