
Mövlud Mövlud
Rəhman və Rəhim olan Allahın adıyla!
19-cuəsrin sonlarında, Qazaxın Kür qırağı kəndlərinin birində, ağsaqqal,nurani bir kişi canamazını salıb namaz qılırmış. Arvadı ağlaya-ağlaya,saçını-başını yola-yola, gəlib fəryad qoparır, deyir ki, “oğlumuzu çayapardı!”
Ölən oğlan ər-arvadın gözününağı-qarası bircə övladı imiş. Neçə illik nəzir-niyazdan sonra Tanrıonlara övlad əta eləyibmiş. Kişi tövrünü pozmur, başının üstündə, özünüqaldırıb yerə çırpan arvadına məhəl qoymayıb sakitcə namazını qılmağadavam edir. Mələklərə salam verib ibadətini bitirəndən sonra başınıqaldırıb arvadına deyir: “Görürsən oğlumdan olmuşam, məni Allahımdan daeləmək istəyirsən?!”
Şübhəsiz, Allah qəlbləri biləndir!
Budağlar qəlbi dağlar... Laçın dağlarının bağrına kürək söykəyən,sərdara-şaha bac verməyən kəndlərinin birində baş verib bu hadisə.Camaat danışırmış ki, 1937-ci ilin qan qoxuyan günlərinin ənqırmızısında kəndə xəbər gəlir ki, “qırmızılar” gəlib Məşədi Cəbrayılıaparmağa! Camaat dəyir bir-birinə. Neçə il Məşhəd təhsili görəndən sonrakəndinə-kəsəyinə qayıdıb ruhanilik edən, Allahın kitabından ikicə surəbilməyən, hərf tanımayan kənd camaatının ölüsünü götürən, xeyir işinəxeyir-dua verən Məşədi Cəbrayılın nə günahı ola bilər ki?! Sən demə varimiş “günah”ı, özü də çox böyük “günah”! Məşədi Cəbrayıl Allahınkəlamını oxyurmuş, “Quran”ı əzbər bilirmiş! Kişini aparmağa gələnlər onukənd qəbristanlığında tapırlar. Kiminsə dəfnindəymiş. Partiyaçılar onuelə oradanca götürmək istəyəndə özü “qəmsəmol”lara başa salır ki, “elvar, elin adəti var! İmkan verin, ölümüzü götürək, sonra haraistəyirsiniz gedərik”.
Hökumətadamları bir az da camaatın qəzəbindən qorxub dala çəkilir. MəşədiCəbrayıl işini bitirib sonuncu fatihəsini verir və gələnlərə qoşulubdindirilməyə gedir. Məhkəmə zamanı yerli adamlardan biri kişiyə yalvarırki, “Quran”ı bildiyini dansın, desin ki, “əşi, qoca kişilərdəneşitmişəm, elə-belə, ordan-burdan, yoxsa elə siz deyən məşğul olanı dadeyiləm”. Məşədi Cəbrayl gülüb deyir:
-Nədanışırsan, ay oğul, mən neçə il gözümün nurunu əridib ona görəmi, elmöyrənmişəm?! Axırda bir qaşıq qanımdan qorxub Allahın kəlamını danım?!
Gəncoğlan nə qədər çalışır, heç nə alınmır, Laçın dağlarının Allah adamıbolşeviklərə bac vermir! Güllələyirlər Məşədi Cəbrayılı!
Bu yazı bütün müqəddəs kişilərimizin ruhuna bağışlandı...
Məktəblərin qapısını hicablı qızların üzünə bağlı saxlamayın!
Allah günahları bağışlayandır!