Xəbər lenti

Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin sayı açıqlandı
Ölkə08:33 07.02.2019

Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb".
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK ) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib.
O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb: "Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir".
D.Messeri əlavə edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: "Toplanan məlumatlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya zərurəti yaranarsa həmin baza məlumatlarından istifadə ediləcək".