Xəbər lenti

Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir
Ölkə09:16 21.03.2022

Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 22-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.