
Martın 18-də Bakı şəhərinin Səbayel rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayon polis idarəsindən lent.az-a verilən məlumata görə, Salyan şossesi, 32 ünvanında yerləşən daş karxanasında, həmin obyektin sahibi 1963-cü il təvəllüdlü Həmidov Səfa Sənan oğlunun üstünə daş düşüb. İri və ağır mişar daşının altında qalmış iş adamı hadisə yerindəcə keçinib.
Qaynar.info