
Bu ilin əvvəlində Rusiyanın “Drujba narodov” jurnalında çap etdirdiyi “Daş yuxular” romanı ilə Azərbaycanda böyük qalmaqal yaradan yazıçı Əkrəm Əylisli Vision (visiontv.az) Televiziyasına verdiyi eksklüziv müsahibəsində həm roman, həm də ölkənin bəzi siyasi, ictimai və ədəbi insanları haqda maraqlı açıqlamalarla çıxış edib.
Qaynar.info yazıçının çıxışından bəzi anonsları diqqətinizə çatdırır:
1. “Daş yuxular” romanını dissident olmaq üçün yazmamışam.
2. Azad Yazarlar Ocağını (AYO) şair Rasim Qaraca yox, Həmid Herisçi yaradıb.
3. “Daş yuxular”ın baş qəhrəmanında Azərbaycanın vicdanı var.
4. “Daş yuxular” romanını ermənilər üçün yox, azərbaycanlılar üçün yazmışam.
5. “Daş yuxular”ı oxuyan erməni Azərbaycana nifrət edə bilməz.
6. Nəriman Nərimanovla fəxr etməyə dəyər, onu sadəcə olaraq aldadıblar.
7. Rəşad Məcidlə məni müqayisə edənlər Allahsızdır.
8. Anarın əsas məqsədi Azərbaycan ədəbiyyatından qisas almaqdır.
9. Azərbaycan Yazıçılar Birliyi son 20 ildə Azərbaycan ədəbiyyatına xidmət etməyib, onun damarında 1937-ci ilin havası var.
10. Azərbaycan ədəbiyyatında 3 nasir var: Sabir Əhmədli, Anar və Əkrəm Əylisli.
11. Yazıçı - Allah tərəfindən verilən tapşırığın quludur.
12. Kamal Abdulla və Azərbaycan Yazıçılar Birliyi medalın bir üzüdürlər.
13. Rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını müqayisə etmək küfrdür.
14. Gənc vaxtlarımda 12 saat işləyirdim, indisə yalnız 3 saat işləyə bilirəm.
15. Azərbaycan cəmiyyətində səmimiyyət yaransa, kədə saflaşma prosesi gedəcək.
Əkrəm Əylisli ilə hazırlanan “Mövqe” verilişinə bu gün saat 20.30-da Vision TV-nin (visiontv.az) efirində baxa bilərsiniz.