Xəbər lenti

Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu
Ölkə05:06 11.10.2022

Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.