Xəbər lenti

Daşqın Məlikovun atası Heydər Əliyevin məzarını ziyarətdən danışdı
Ölkə19:07 08.05.2014

Daşqın Məlikovun atası Heydər Əliyevin məzarını ziyarətdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Heydər Əliyevin məzarını ziyarət etmək təşəbbüsü Daşqının özündən gəlib və mən də bunu dəstəkləmişəm”. 

Bunu Aktual.az-a məhkum Daşqın Məlikovun atası Əlisəfa Məlikov, oğlunun Xəzər rayon məhkəməsinin qərarına əsasən, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsindən sonra Heydər Əliyevin məzarını ziyarət etməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Daşqın özünü xoşbəxt hiss edir və övladının bu seçimində hər hansı bir siyasi təzyiq yoxdur: “Daşqının qərarlarını alqışlayıram. O, seçimini sərbəst etdi və mən də onun seçiminə hörmətlə yanaşıram”. 

Xatırladaq ki, narkotik maddə saxlamaqda ittiham olunan gənc fəal Daşqın Məlikov Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Həbsdə olduğu müddətdə o, üzvü olduğu AXCP-ni tərk edərək, YAP-a üzv olduğunu bəyan edib. 

Qaynar.info