Xəbər lenti

“David Qareci” monastırının baş keşişi danışdı
Ölkə11:06 09.05.2019

“David Qareci” monastırının baş keşişi danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"David Qareci” monastırını ziyarət etmək istəyənlər heç bir maneə ilə üzləşmirlər. "Çixituri” monastırı da açıqdır. İstənilən şəxs oranı ziyarət edə bilir”. 
ONA-nın verdiyi məlumata görə, "David Qareci” kompleksinin baş keşişi Kirian Oniani "İnterpresnyus”a açıqlamasında belə deyib. Bildirib ki, ərazidə sərhəd keşikçilərinin sayı da azaldılıb.
"Azərbaycan tərəfi sərhəd keşikçilərinin sayını 6-ya endirib. Bizdə də 6-8 keşikçi var. Ərazidə vəziyyət stabildir. Bununla belə məsələnin həlli vacib olaraq qalır. Problem həll olunmayıb. İndi dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir", - deyə baş keşiş deyib.