Xəbər lenti

Daxili İşlər Nazirliyindən mitinq xəbərdarlığı
Ölkə11:58 30.07.2013

Daxili İşlər Nazirliyindən mitinq xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qanunsuz piket və mitinqlərin isə qarşısı qanuna müvafiq şəkildə alınacaq"

Daxili İşlər Nazirliyi seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayır. 

Hətta çalışırıq ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilsin. Hesab edirəm ki, burada da ciddi problem olmayacaq.

Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov bildirib.

Nazir müavininin sözlərinə görə, DİN istəyir ki, seçkilərdə iştirak edəcək seçicilərin - vətəndaşların hər birinin hüququ təmin edilsin: "İnanıram ki, biz bu işi elə yüksək səviyyədə keçirəcəyik ki, bir çox ölkələrdə bunu etmək mümkün deyil".

O.Zalov deyib ki, seçkilər zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin ediləcək: "Polis əməkdaşlarının seçkinin gedişatına müdaxiləsinin baş verməməsi təmin ediləcək. Polis yalnız hər hansı xoşagəlməz hadisə baş verdikdə komissiya sədri onları dəvət edərsə, məntəqəyə girə bilər".

Nazir müavini bildirib ki, partiya və siyasi təşkilatların toplantı keçirdiyi yerdə təhlükəsizlik tam təmin olunacaq. Qanunsuz hərəkətlərə isə adekvat reaksiya veriləcək: "Onlar yerli icra orqanları tərəfindən onlara ayrılan yerlərdə tam sərbəst mitinq keçirə, seçiciləri ilə görüşə bilərlər və biz də bu tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırıq. Həmin ərazilərdə onların təhlükəsiz şəkildə fikirlərini söyləməsinə şərait yaradacağıq. Əgər MSK tərəfindən müraciət olarsa, namizədlərin təhlükəsizliyini də üzərimizə götürə bilərik. Qanunsuz piket və mitinqlərin isə qarşısı qanuna müvafiq şəkildə alınacaq".

Qaynar.info