Xəbər lenti

Daxili Qoşunlar kursant qəbulu elan edir
Ölkə16:02 26.07.2019

Daxili Qoşunlar kursant qəbulu elan edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər. 
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 27, 29, 30 və 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.