Xəbər lenti

Daxili uçuşlara bilet alanların nəzərinə: Test verilməlidir!
Ölkə14:05 11.06.2020

Daxili uçuşlara bilet alanların nəzərinə: Test verilməlidir!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq.
Qaynarinfo-nun verdiyi xəbərə görə, daxili uçuşlarda bilet alan şəxslərə TƏBİB-in hansı laboratoriyasında test verməsi barədə məlumat göndəriləcək.
Bu barədə məlumatı AZAL-ın vitse-prezidenti Eldar Hacıyev verib. O qeyd edib ki, test verilməsi pulsuz olacaq, dövlətin hesabına həyata keçiriləcək: "Biletlərin alışı uçuşa 72 saat qalmış bağlanacaq. Çünki bilet alan sərnişinin test verib cavab alması da reallaşdırılmalıdır. Testin cavabı elektron biletdə qeyd olunacaq”. 
Qeyd edək ki, həmin gün saat 15:00-da Naxçıvana ikinci uçuş həyata keçiriləcək.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, Naxçıvandan gələn sərnişinlər hava limanında tibbi müayinədən keçirildikdən sonra ev karantininə göndəriləcək.