Xəbər lenti

Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
Ölkə13:40 21.02.2026

Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.
Qeyd olunub ki, BMW markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.
"Parklanma qaydasını pozduğuna görə sürücü barəsində İXM-nin 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib", - deyə məlumatda bildirilib.