Xəbər lenti

Dayanacaqlarda Wi-Fi olacaq
Ölkə14:22 13.11.2013

Dayanacaqlarda Wi-Fi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın vaxtlarda avtobus dayanacaqlarında Wi-Fi şəbəkəsi yaradılacaq. Bu şəbəkə vətəndaşlara istənilən vaxt dayanacaqda sərbəst şəkildə pulsuz olaraq internetə qoşulma imkanı verəcək.

Yeni quraşdırılacaq sistem Nəqliyyatın İntelektual İdarəetmə Mərəkəzi tərəfindən idarə olunacaq.
Avtobus dayanacqlarında Wi-Fi şəbəkəsi 2014-cü ilin birinci rübündən quraşdırılacaq. 2015-ci ildə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədərsə, bütün dayanacaqlar bu şəbəkə ilə əhatə olunacaq. Sistemin paytaxtdakı 664 dayanacaqda quraşdırılması nəzərdə tutulub.

Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Yay Olimpiya Oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni, turistlər internetə rahat şəkildə qoşularaq məlumatları asanlıqla əldə edib ötürə biləcəklər. Elə paytaxt sakinləri də hesab edir ki, bu sistemin quraşdırılması həm turistlər, həm də yerli əhali üçün əlverişli olacaq.

Wi-Fi şəbəkəsi təkcə avtobus dayanacaqlarında quraşdırılmayacaq. Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta gətiriləcək əlavə 1200 avtobusda da bu şəbəkənin yaradılacağını bildirdi: “Dayanacaqlarda əlində notebuk, planşet, mobil telefon olan şəxslər evlərə də heç getməycəkələr. Çünki gecə-gündüz bu sistemin pulsuz olmasından yararlanacaq. Müasir London taksilərində də artıq bu var. Oyunlar zamanı paytaxta daha 2 min London taksisi gətiriləcək və onların hamısı Wi-Fi-la əhatə olunacaq”.

Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə bu sistem tətbiq olunub.

Qaynar.info