Xəbər lenti

“Dəfələrlə məhkum edilmiş şəxsin dediklərinə reaksiya vermirik”
Ölkə13:23 25.08.2015

“Dəfələrlə məhkum edilmiş şəxsin dediklərinə reaksiya vermirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Biz şər-böhtan xarakterli heç bir açıqlamaya münasibət bildirmirik”. 

Bunu Qaynar.info-ya yanvarın 8-də övladları qətlə yetirilən Nigar Rəhimovanın vəkili Ceyhun Yusifov deyib. 

Xatırladaq ki, Cavid və Cahid Rəhimov qardaşlarının qətlinə görə həbs olunan Zaur Tərlanovun atasının hüquqi nümayəndəsi Bəxtiyar Məmmədov Respublika Prokurorluğuna, eləcə də mətbuata ünvanladığı müraciəti mediada yayımlanıb. 

Ceyhun Yusifov bizimlə söhbətində Bəxtiyar Məmmədovun dediklərinin ağ yalan olduğunu söyləyib: “Bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Cinayət Məcəlləsinin 182.3.2-ci, yəni külli miqdarda əmlak əldə etmək üçün hədə-qorxuyla tələb etmə maddəsi ilə həbs edilib. Belə bir şəxsin dediklərinə reaksiya vermək doğru deyil”. 

C.Yusifov onu da qeyd etdi ki, Bəxtiyar Məmmədov hadisə ilə bağlı bir neçə dəfə mətbuata həqiqətə uyğun olmayan məlumat verib: “Hüquqdan xəbəri olmayan dırnaqarası hüquq müdafiəçisinin biz xüsusi ittiham qaydasında məhkəməyə vermişik. Hazırda iş Xətai rayon məhkəməsinin icraatındadır”.

Qaynar.info