Xəbər lenti

Dəhşətli istilər gəlir PROQNOZ
Ölkə08:23 14.03.2013

Dəhşətli istilər gəlir PROQNOZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında əsasən buludu və əsasən yağmursuz olacaq

Səhər bəzi yerlərdə zəif duman olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mülayim cənub qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperatur gecə 6-11, gündüz, 15-20 dərəcə olacaq.

Martın 15-də bölgələrdə də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-6 isti, gündüz 13-18 dərəcə isti olacaq.