
12-ci mərtəbədəki mənzilin pəncərəsindən atılmaq istəyən qadını ölümün cəngindən alıblar. 13-cü mərtəbədəki mənzilin pəncərəsindən aşağı sallanan yanğınsöndürən qadını tutub və onun özünü atmasına imkan verməyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Çinin Şanxay şəhərindəki Sutzıbaoçjan səmtində yaşanıb.
Ağır depressiyaya düşən və stress keçirən 36 yaşlı qadın çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki pəncərədən atılaraq intihar etməyə hazırlaşırdı.
O, sonradan geri qayıdıb və balaca oğlunu qucağına alaraq yenidən pəncərədən sallanıb.
"Özümü atmazdan əvvəl onu atacağam!" - qadın qışqırır, ağlayırdı.
Polislər onu dilə tutmağa, fikrindən döndərməyə çalışsalar da, qadın sakitləşmirdi: "Əl çəkin! Elə bilirsiniz zarafat edirəm?! Onu da öldürəcəyəm, özümü də!"
Polisdən verilən məlumata görə, işsiz qadın yaşam üçün pul tapmadığından depressiyaya qapılıbmış.
Qaynar.info






