Xəbər lenti

Dəhşətli qəza: sürücü diri-diri yandı
Ölkə05:38 03.09.2013

Dəhşətli qəza: sürücü diri-diri yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş ağır yol nəqliyyat hadisəsi baş verib.

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Salyan rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Nicat Quluyev idarə etdiyi “VAZ-21011” markalı minik avtomomil ilə Astara istiqamətində hərəktətdə olarkən idarəetmni itirərək yol kənarındakı maneəyə çırıpılıb. Zərbənin təsirindən avtomobil yanımağa başlayıb.

Bədbəxtçilikdən sürücü Nicat Quluyev avtomobildən çıxa bilməyib və maşında diri-diri yanıb. Onun sərnişini isə maşını tərk edə bilib.
Faktla başlı araşdırma aparılır.