
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində ölən beş nəfərdən üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub.
Dünyasını dəyişənlər – “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirlidir.
Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.