Xəbər lenti

Dəhşətli yol qəzası: 8 nəfər xəsarət aldı
Ölkə07:23 19.03.2013

Dəhşətli yol qəzası: 8 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza ötən gecə saat 22.00 radələrində  İmişli-Qaravəlli avtomobil yolunda qeydə alınıb. Beyləqan rayon sakini, 1970-ci il təvəllüdlü  Mayıl Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Qaralar kəndinin yol qovşağında İmişli  rayon Bəcirəvan kənd sakinləri - 51 yaşlı Mahmudov Səməd Qulu oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə və 1978-ci il təvəllüdlü Əsgərov Nəsimi Təyyar oğlunun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, “Mercedes”də olan sərnişinlər - Beyləqan rayon sakinləri 31 yaşlı Hüseynova Gülüş Bəhlul qızı və 4 yaşlı Məmmədova Nuray Mayıl qızı, “VAZ 2107” markalı avtomobilin sürücüsü və onun  ailə  üzvləri - 1959-cu il təvəllüdlü Ceyran Mahmudova, 2009-cu il təvəllüdlü Rəqsanə Mahmudova, 1985-ci il təvəllüdlü Elgün Mahmudov, 1991-ci il təvəllüdlü Könül Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/