Xəbər lenti

Dəhşətli yol qəzası - ər və arvad öldü
Ölkə08:22 22.10.2013

Dəhşətli yol qəzası - ər və arvad öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda baş verən yol qəzasında ər və arvad dünyasını dəyişib, övladı isə ağır xəsarət alıb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun Yolüstü kəndində qeydə alınıb. 1942-ci il təvəllüdlü Qurban Qara oğlu Ağarzayevin idarə etdiyi  “52-BG-932” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 1962-ci il təvəllüdlü Dünyamalı Ağalar oğlu Əmrəliyevin idarə etdiyi “50-BR-564” dövlət nömrə nişanlı “VAZ 21-06” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 21-06” da olan 1972-ci il təvəllüdlü Ələddin Qadir oğlu Ağarzayev və həyat yoldaşı 1971-ci il təvəllüdlü Xanım Sultan qızı dünyasını dəyişib. Onların oğlu - 2001-ci il təvəllüdlü Abbas, 1971-ci il təvəllüdlü Gülarə Əliheydər qızı Abbasova, 1963-cü il təvəllüdlü Elmira Əliheydər qızı Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, “Hyundai” markalı avtomobilin sürücüsü qəzada ölən Ə. Ağarzayevin əmisidir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info