Xəbər lenti

Dekabr ayının hava proqnozu: yağış, sulu qar, qar
Ölkə05:23 29.11.2018

Dekabr ayının hava proqnozu: yağış, sulu qar, qar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi əsəcək.
Qaynarinfo xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dekabr ayına olan ilk hava proqnozuna görə, gələn ay havanın temperaturu, demək olar ki, ölkə ərazisində iqlim norma göstəricilərindən çox fərqlənməyəcək:
"Yəni iqlim norması daxilində havanın temperatur tərəddüd edəcək. Ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enməsi proqnozlaşdırılır. Xüsusilə də dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi güclənəcək. Bu dövr ölkə ərazisində yağıntılı hava şəraiti ilə səciyyələnəcək”.
Umayra Tağıyeva qeyd edib ki, dekabrın 2-3-də respublikanın rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!