Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi, 1976-cı il təvəllüdlü Fövzü Quliyev faciəvi şəkildə vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb.
Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.
Mərhumun 2 övladı yadigar qalıb.
Şərhlər