Xəbər lenti

Dələduzluğa görə həbs edilən Karlen İsgəndərov bu qurumun rəisi imiş
Ölkə 10:56 29.05.2025

Dələduzluğa görə həbs edilən Karlen İsgəndərov bu qurumun rəisi imiş

Ötən il Qax rayonunda vətəndaşların şikayətləri əsasında saxlanılan Karlen İsgəndərovun məhkəməsi keçirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, məhkəmədə onun dələduzluq əməlləri sadalanıb.

Məlumata görə, o, 2018-ci il ərzində Ukrayna dairəsinin qarşısında yerləşən parka oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verərək bir nəfərdən 64 min manat ələ keçirib. Başqa bir şəxsdən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib və ondan 17 min manat alıb.

Bundan başqa Karlen İsgəndərov Qax sakinindən 30 min manat alaraq həyat yoldaşını Kukla Teatrına direktor təyin edəcəyinə söz verib.

Məhkəmə iclasında məlum olub ki, Karlen İsgəndərov Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində (MKTB) cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyirmiş.

Karlen İsgəndərov zərərçəkənlərə dəyən ziyanın hamısını ödəyib. 

Məhkəmə bir sıra yüngülləşdirici halları nəzərə alıb və onu həbsdən azad edib. 

Qərara əsasən Karlen İsgəndərova 5 il yarım şərti cəza verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->