Xəbər lenti

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Ölkə05:32 26.05.2016

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Ənvər oğlu Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, C.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası 70-ci maddə tətbiq olunmaqla ona şərti cəza verilib. C.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, C.Məmmədov dələduzluq etməkdə təqsirli bilinərək həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Qaynarinfo.az