Xəbər lenti

“Delta” ştammı çox ciddi problemlər yaratmağa başlayıb” - Vasif İsmayıl
Ölkə09:35 19.08.2021

“Delta” ştammı çox ciddi problemlər yaratmağa başlayıb” - Vasif İsmayıl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Delta” ştammı koronavirusun yayılmasına nəzarətə çox ciddi problemlər yaratmağa başlayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adanom Qebreisusun fikirlərini şərh edərkən deyib. O bildirib ki, peyvəndlənmə faizi yüksək olan ölkələrdə yoluxma digər ölkələrdəki kimi deyil:
"Almaniya və Gürcüstanın elan etdiyi rəqəmlərə baxaq, arada yerlə-göy qədər fərq var. Artıq Almaniyada bu problem fəlakət olmaqdan çıxıb. Peyvənd pandemiyanı nəzarət altına almağa köməklik edir”.
Vasif İsmayılov hesab edir ki, əhalinin böyük əksəriyyəti vaksin olunmalıdır:
"Fərqi yoxdur, hansı vaksin olursa-olsun, peyvənddən sonra yayılma nəzarət altına alınır və normal yaşamağa başlayırlar”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adanom Qebreisus dünən keçirilən brifinqdə "Delta” ştamının yayılmasının dünya ictimaiyyətinin COVID-19-a qarşı mübarizə üçün gördüyü tədbirləri üstələdiyini deyib.
Bahar Rüstəmli