"Bu gün karonavirusdan ölüm sayı 43 nəfərə yüksəldi. Bu rəqəm rəsmi məlumatdır. Qeyri rəsmi ölüm sayı bəlkə də 2 dəfə çoxdur".
Qaynarinfo xəbər verir ki, bunu infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, gündəlik yoluxmanın artması koronavirusun Delta variantının hesabınadır:
"Əvvəl proqnoz verilirdi ki, yoluxma sayı artsa da, ölüm sayı yüksək olmayacaq. Amma indi bəlli olur ki, Delta variantında ölüm sayıda yüksəkdir.
Delta variantı yaşlılarla yanaşı, gənclərdə, hətta uşaqlarda da kəskin formada xəstəlik törədir. Amma yanaşı xəstəliyi olmayanlarda müalicə daha çox hallarda tez müsbət nəticə verir".
Bahar Rüstəmli