Xəbər lenti

Dəm qazı daha 2 can aldı
Ölkə16:08 07.12.2016

Dəm qazı daha 2 can aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şamaxı rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Rayonun Muğanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Leyla Güləndər qızı və Şamaxı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəliyeva Lalə Fazil qızı hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib.

Ailə üzvlərinin köməkliyi ilə hər iki xəstə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Qaynarinfo.Az