Xəbər lenti

Dəm qazı daha bir nəfərin həyatına son qoydu
Ölkə09:27 29.11.2013

Dəm qazı daha bir nəfərin həyatına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

27 yaşlı qız hamamda çimərkən dəm qazından boğulub

Cəmi iki ay əvvəl mənzillərə alınan soba ananı baladan əbədi ayırıb. Suraxanı rayonunda dünən ana qızını hamamda ölmüş vəziyyətdə tapıb. Rayon Prokurorluğundan milli.az-a bildirilib ki, günorta saatlarında yuyunmaq üçün hamama girən 27 yaşlı Gülnar Əhmədova orada boğulub.

Qızının gec çıxmasından narahat olan ana qapını açaraq Gülnarı yerdə huşsuz vəziyyətdə görüb. Dəm qazından boğulan qızın həyatını xilas etmək mümkün olmayıb.

Anası ilə ikisi yaşayan G.Əhmədova yeni işə düzləlibmiş. Elə ilk maaşına İran istehsalı olan sobanı alaraq hamamda quraşdırıbmış.


Qaynar.info