Xəbər lenti

Dəm qazından boğulan şəxs DSX-nın hərbi qulluqçusu imiş (YENİLƏNİB)
Ölkə12:20 01.11.2022

Dəm qazından boğulan şəxs DSX-nın hərbi qulluqçusu imiş (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda dəm qazından boğularaq ölən hərbçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu məlum olub.
APA xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü DSX hərbçisi Yusifli Seymur Teymur oğlu xidmətdən kənarda, Sumqayıtda yaşadığı evdə dəm qazından boğulub.
17.00
Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
"Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.
Bildiririk ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.
Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - məlumatda qeyd edilib.
17.00
Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
APA xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub.