Xəbər lenti

Dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı imiş (FOTO)
Foto 15:25 29.01.2026

Dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı imiş (FOTO)

Ötən gün 26 yaşlı İmişli rayon sakini Məmiyev Ramazan Rafiq oğlu dəm qazından boğulub. 

Qaynarinfo "Unikal"a istinad'n xəbər verir ki, hadisə onun Bakı şəhərində kirayə qaldığı evdə baş verib.

Məlumata görə, o Vətən müharibəsi iştirakçısı olub və bir sıra medallarla təltif edilib. Mərhum Qazaxıstanda çalışırmış və bir müddət öncə Azərbaycana sənədlərini düzəltdirmək üçün gəlibmiş. 

R. Məmiyev İmişli rayonunda dəfn olunacaq. 

Faktla bağlı araşdırma aparılır.
--> -->