Xəbər lenti

Ödəmə terminallarından 9 mindən çox pul oğurladı
Ölkə11:09 05.02.2021

Ödəmə terminallarından 9 mindən çox pul oğurladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon  Polis İdarəsinin və "Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, E. Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq  9187 manat nağd pulu oğurlayıb.
E. Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun şəhər ərazisində digər anoloji cinayətləri törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.