Xəbər lenti

Dəmir yolunda yanğın: qatarların hərəkəti dayandı
Ölkə09:24 24.06.2014

Dəmir yolunda yanğın: qatarların hərəkəti dayandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Atbulaq dəmir yolu stansiyasının inzibati binasında yanğın qeydə alınıb

Azərbaycanda dəmir yolu stansiyasında yanğın baş verib. 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 23-də saat 01.05-də Atbulaq dəmir yolu stansiyasının inzibati binasında yanğın qeydə alınıb.

Nəticədə bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Qatarların hərəkəti 1 saat 10 dəqiqə müddətində dayanıb.

Faktla bağlı araşdırma aparılır.