Xəbər lenti

Dəmirəlin vəziyyəti pisləşdi
Ölkə14:00 13.05.2015

Dəmirəlin vəziyyəti pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib.

Anspress-in məlumatına görə, sabiq Türkiyə prezidentinin vəziyyəti ağırlaşdığı üçün həkim nəzarətində saxlanılır. 

Bu gün günorta saatlarında ilk müdaxilədən sonra sabiq prezident Başkent Universiteti Xəstəxanasına gətirilib. Süleyman Dəmirəlin vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, Süleyman Dəmirəl Türkiyə Respublikasının 9-cu prezidentidir. O, müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri vəzifəsində çalışıb. 

1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib.

1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.

Qaynar.info