Siyasət 17:52 02.12.2023

Demokratik İslahatlar Partiyasının VII qurultayı keçirildi (FOTO)

Dekabrın 2-də Demokratik İslahatlar Partiyasının VII qurultayı keçirilib. 

Qaynarinfo xəbər verir ki, qurultayda partiya sədrinin və Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilib. Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdəki fəaliyyətindən, parlamentdə gördüyü işlərdən, xarici əlaqələrindən ətraflı bəhs edib. Eyni zamanda ölkədə bütün sahələrdə keçirilən islahatlar, yeni dövrün tələbləri barədə danışıb.

Həm sədrin, həm də MTK-nın hesabatı qənaətbəxş hesab edilib. 

Qurultayda Asim Mollazadə yekdilliklə yenidən partiyanın sədri seçilib. Partiya Siyasi Şurasının və MTK-nın üzvləri yenidən seçilib. Partiya Nizamnaməsində dəyişikliklər edilib və o, yeni "Siyasi partiyalar haqqında” AR qanununa uyğunlaşdırılıb. Qurultay ölkədə keçiriləcək seçkilər və digər cari məsələlərlə bağlı qərarların verilməsi səlahiyyətini partiyanın Siyasi Şurasına həvalə edib.