Xəbər lenti

Ödənişli xidmətlərin dəyəri artıb — Ötən illə müqayisə
Ölkə16:54 01.04.2018

Ödənişli xidmətlərin dəyəri artıb — Ötən illə müqayisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvar-fevral aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 799,8 milyon manata çatıb.
Bakı Şəhər Statistika İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 498,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,4 faizini təşkil edib.
Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artaraq 624,8 milyon manat olub. 2018-ci ilin yanvar-fevral ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 163,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.