Xəbər lenti

Dənizçilər Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Foto 15:57 25.06.2024

Dənizçilər Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

25 İyun - Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin  rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gələn dənizçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yad ediblər.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->