
Azərbaycanın rəşadətli ordusunun II Qarabağ savaşını qalib olaraq başa vurması Azərbaycan xalqının bütün vətəndaşları tərəfindən sevinclə, qürur hissi ilə qeyd olunur.
Dənizçilərə sosial Dəstək İctimai Birliyinin sədri Faiq Balabəylinin Qaynarinfo-ya verdiyi məlumata görə, dünyanın müxtəlif sularında üzən dənizçilərimiz də dünəndən bu sevinci yaşamaqdadır. Onlar işlədikləri dövlətin ərazilərində - sularında bu sevinci yaşayaraq, Azərbaycan Ordusuna, Ordunun Ali Baş komandınına təşəkkürlərini bildiriblər.
Dənizçilərimiz gəmilərin göyərtəsində rəqs edərək sevinclərini paylaşıblar.