Xəbər lenti

Dənizdə batan iki nəfərin meyiti tapıldı
Ölkə18:36 06.07.2018

Dənizdə batan iki nəfərin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazi) çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində iki naməlum kişi meyiti (təxminən 20-25 yaşlarında) aşkarlanıb.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Şəxsiyyətləri dəqiqləşdirilir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.