Xəbər lenti

Dənizdən hərbçimizin meyiti tapıldı
Ölkə06:23 23.08.2013

Dənizdən hərbçimizin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 4 gün öncə dənizdə batan Azərbaycan ordusunun zabitinin cəsədi tapılıb.

APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Elçin Nazim oğlu Qədimovun cəsədi ötən gün axşam Xəzər Dənizinin Zirə qəsəbəsində keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılıb.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiq ediblər.

 Qeyd edək ki, E. Qədimov  avqustun 19-u Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

Qaynar.info