Xəbər lenti

Dənizə getmək istəyənlərə şad xəbər
Ölkə08:38 21.08.2016

Dənizə getmək istəyənlərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacağı gözlənilir.  Bakıda gecə 23-25° isti, gündüz  37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz  20-30 % təşkil edəcək.              

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti olacağı gözlənilir.

Avgustun 22-də Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  35-40° isti, bəzi yerlərdə 42 °, dağlarda gecə 15-20° isti, gündüz  28-33° isti olacağı gözlənilir. 

Qaynarinfo.Az